21 
Noy
2013
16:34
7
62
19621
Virtual karabakh

Bakıda məhşur restoranların birində pozuntular – Foto

21 Noy, 2013
16:34
19621

Bakıda məhşur restoranların birində pozuntular – Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Köhnə yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur.

Bakı şəhərinin Nəsimi rayonu, Xəqani küçəsi,36 ünvanında yerləşən, fiziki şəxs Şükür İslamova məxsus “Sultan” restoranında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dövlət nəzarəti aparılıb.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, komitənin mətbuat xidmətidən verin məlumata görə, araşdırma zamanı müəssisənin mətbəxində sanitariya norma və qaydaları pozulduğu, natəmizlik hökm sürdüyü müəyyən edilib.

Məlumata görə, müəssisədə kulinariya məmulatları reseptura olmadan hazırlanır, istifadə olunan məhsulların mənşəyini və keyfiyyətini bildirən müvafiq sertifikatlar yoxdur, mətbəxdə temperatur rejiminə düzgün əməl olunmur.

Həmçinin, bütün hazır yeməklər alüminium qazanlarda soyuducuda ağzıaçıq saxlanılır, bir gün öncədən bişmiş yeməklər olan qazanlar bir-birinin üzərinə qoyularaq qapaqsız saxlanılır.

Restoranda istehlakçı hüquqları pozularaq bir neçə gün əvvəldən hazırlanmış yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur. Müəssisədən ət farşı, “Şuba” salatı, “Mimoza” salatı, səbzi qovurma yeməklərindən nümunə götürülüb, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri