23 
Apr
2013
18:15
4
0
2283
Virtual karabakh

Sərdar Cəlaloğlu: Qubadlılarda kişi ruhu olsaydı torpaqlarını qoyub gəlməzdilər

23 Apr, 2013
18:15
2283

Sərdar Cəlaloğlu: Qubadlılarda kişi ruhu olsaydı torpaqlarını qoyub gəlməzdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onlar Sultan bəy ruhunda olsaydılar, nə Qubadlı işğal olunardı, nə də bu söz-söhbət yaranardı”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycanın tarixi şəxsiyyəti Qaçaq Nəbinin həyat yoldaşı və qubadlılar haqda təhqirlər yağdırıb. O deyib ki, Həcər Azərbaycan xanımlarına nümunə göstəriləcək qadın ola bilməz:

“Düzdür, Qaçaq Nəbinin xidmətləri olub, vuruşub. Ancaq Həcər o qadındır ki, Nəbi öləndən sonra bir neçə kişiyə ərə gedib. Bu qadını Azərbaycan xanımlarına necə nümunə göstərək? Onlar özlərinə qəhrəman obrazı seçmək istəyirlərsə, Sultan bəy kim adamı nümunə götürsünlər. Erməni ilə vuruşub, Andronikin qulağını kəsib. Yoxsa Həcər kimi nümunə yox. Qubadlılar Həcər ruhlu olduğuna görə, Qubadlını qoyub gəldilər. Onlar Sultan bəy ruhunda olsaydılar, nə Qubadlı işğal olunardı, nə də bu söz-söhbət yaranardı”.

Əməkdar artist Rəmiş isə Sərdar Cəlaloğlunun iddialarına sərt cavab verib.

O, publika.az- a açıqlamasında bunları deyib:

“Sərdar Cəlaloğlu, sənin yerini bilirik. Səni harda tutsam, bu sözün heyfini çıxacağam. Qarabağın qeyrətli oğlanları gəlib səni bir gecədə məhv edər. Deyəsən, hakimiyyətdə heç bir yer ala bilməmisiniz, içinizin yanğısını xalqı təhqir etməklə soyudursunuz. Qarabağlılar Qarabağı qoyub gəlməyib. Onu sənin kimilər, yan-yörəndəkilər satıb. Başın ayılanda, yan-yörəndəki qadınların əxlaqına diqqət elə. Bu xalq axmaq deyil ki, illərdir Həcəri qəhrəmanlıq simvoluna çevirib. Özünü yığışdırmasan, sonundan qorx”.

www.anspress.com

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri