29 
Apr
2024
09:04
88
5
1095
Virtual karabakh

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

29 Apr, 2024
09:04
1095

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat verib.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri