May
2024
19:26
25
217
4367
Virtual karabakh

Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir” - VİDEO

1 May, 2024
19:26
4367

Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur.

Oxu.Az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu “Elgizlə izlə” verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb.

“Atam insult xəstəsidir. Beyninə illər əvvəl qan sızıb. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir, bu günə min dəfə şükür. Müalicəsi ev şəraitində davam edir. Həkimlər əllərindən gələni edirlər. Onlar özləri də deyirlər ki, hər şey Allahın əlindədir. Mənəvi və maddi tərəfindən atama qulluq etmək oğul kimi borcumdur. İnsanların duası kifayətdir. Atama çox həkimlər baxıb və müxtəlif müalicələr ediblər. Əgər özünə əmin olan həkim varsa ki, onu 1-5-10 ilə ayağa qaldırar, mənimlə əlaqə saxlasın”, - deyə o bildirib.

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

Ətraflı videoda:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri