May
2024
02:43
80
27
4607
Virtual karabakh

Çin Ayda gələcək bazasını göstərdi: Qəribə bir məqam hər kəsin diqqətini çəkdi - VİDEO

2 May, 2024
02:43
4607

Çin Ayda gələcək bazasını göstərdi: Qəribə bir məqam hər kəsin diqqətini çəkdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin Ayda gələcək bazasını nümayiş etdirib.

Videoda Çinin Aya bir neçə missiyasını, o cümlədən Ay qaya nümunələrinin toplanması və Yerə qaytarılmasını, Çinin eniş aparatını, lunoxod və orbitə çıxan peyk əməliyyatları əks olunub.

Ancaq kadrlarda heyrətamiz bir məqam izləyənlərin nəzərindən yayınmayıb: Arxa planda buraxılış meydançasından NASA-nın kosmik gəmisi havaya qalxır.

Qeyd edək ki, bu şattl hazırda istismardan çıxarılıb. Eyni zamanda, NASA-nın Çin kosmik agentliyi ilə əməkdaşlıq etməsi qadağandır.

Qeyd edək ki, Ayda planlaşdırılıan Çin bazası Beynəlxalq Elmi Ay Stansiyası adlanır. Çin Ay bazasının tikintisinə başqa ölkələri də cəlb etmək niyyətindədir. Hazırda bu layihəyə Azərbaycan, Rusiya, Venesuela, Pakistan, Belarus, Cənubi Afrika Respublikası, Misir, Tailand və Nikaraqua qoşulub.

Mənbə: Focus.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri