26 
Mar
2024
19:00
111
17
1141
yuxarı
Elçin Əzizov Rusiyadakı terakta görə konsertini təxirə saldı
26 Mar, 2024
19:00
1141
111
17
Elçin Əzizov Rusiyadakı terakta görə konsertini təxirə saldı
Xalq artisti Elçin Əzizovun Sankt-Peterburqda planlaşdırılan konserti təxirə düşüb.
Oxu.Az xəbər verir ki, bu haqda opera ifaçısı özü məlumat yayıb.
O bildirib ki, martın 27-də nəzərdə tutulan tədbir baş tutmayacaq.
“Crocus City Hall”da baş verən dəhşətli hadisədən sonra “Mahnıma inan” adlı konsertimi təxirə saldıq. Bu, əyləncə, zarafat dolu bir gecə idi. Faciədə dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm. Yaxın günlərdə konsertin tarixini açıqlayacağıq. 27 mart üçün alınan biletlər keçərlidir”, - deyə E.Əzizov açıqlamasında bildirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək