30 
Apr
2024
23:20
66
135
6270
Virtual karabakh

Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF + FOTO

30 Apr, 2024
23:20
6270

Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhur müğənni Hadise futbolçu Lukas Torreyra ilə sevgili olduğu ilə bağlı yayılan iddialara cavab verib.

Futbolçunun Hadisenin konsertlərinə getməsi, həmçinin ifaçının “Qalatasaray”ın tribunalarında dəfələrlə görünməsi onların eşq yaşadığı barədə şayiələrə səbəb olub.

Hadise ilk dəfə eşq iddialarına cavab verib.

“Bəli, məni dinləməyə gəlmişdi. Lukas mənim çox yaxın dostumdur. Bildiyiniz kimi, həmişə matça gedirəm. Matç izləməyi xoşlayıram”, - deyə o etiraf edib.

Bununla belə o, eşq məsələsi olmadığını vurğulayıb.

“Ümumiyyətlə, hazırda həyatımda sevgi yoxdur, aşiq deyiləm”, - deyərək Hadise iddialara son qoyub.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri