Avq
2019
16:42
31
67
5086
Virtual karabakh

ÜST-dən Azərbaycanda icbari tibbi sığorta ilə bağlı - TƏKLİF

1 Avq, 2019
16:42
5086

ÜST-dən Azərbaycanda icbari tibbi sığorta ilə bağlı - TƏKLİF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda təxirəsalınmaz tibbi yardımlar icbari tibbi sığorta çərçivəsində əsas xidmətlər zərfinə daxil edilməlidir.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab deyib.

O bildirib ki, Azərbaycan əhalisi icbari tibbi sığorta sisteminə olduqca böyük maraq göstərir və rayonlarda həyata keçirilən pilot layihənin nəticələri yaxşıdır:

“Bundan başqa, təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir. Bu gün rayonlarda həyata keçirilən pilot layihənin nəticələri müsbətdir. Lakin çalışmaq lazımdır ki, yaxın gələcəkdə bu istiqamətdə əsas prioritetlər müəyyən edilsin. Bu məsələdə vacib məqamlardan biri də kadrlar siyasətinin təkmilləşdirilməsidir. Ümid edirəm ki, bu sahədə Azərbaycanda başladığımız islahatlar yalnız icbari tibbi sığorta baxımından deyil, o cümlədən, ilkin səhiyyə xidmətlərinin göstərilməsində mövcud olan vəziyyəti də nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq.

Bu görülən işlər Azərbaycan əhalisinə, xalqına yüksək səviyyəli xidmət göstərmək üçündür. Bununla da onlar daha mükəmməl tibbi xidmətlərdən yararlanacaq. Eyni zamanda, səhiyyə ocaqlarında göstərilən xidmətlərin keyfiyyəti artacaq. Lakin bütün bunlar üçün ilkin şərtlər var”.

M.Jakab onu da əlavə edib ki, ilkin səhiyyə xidməti göstərən səhiyyə ocaqlarının formalaşdırılması vətəndaşların öz xərclərinin də azalmasına kömək edəcək:

“Yaxşı olardı ki, vergilərdən və digər maliyyə mənbələrindən daxil olan vəsaitlərin idarə edilməsinə diqqət ayrılsın. Azərbaycanda ilkin səhiyyə xidməti göstərən səhiyyə ocaqları ciddi şəkildə formalaşdırılmalıdır. Azərbaycan artıq icbari tibbi sığorta sisteminin tətbiqinə başlayır. Bu, səhiyyə xidmətlərinə çıxışı təmin etmək üçün əlverişli imkandır. Bu sistemdə universal paketdən istifadə mümkündür. Biz bu sistemdə çox vacib rol oynamalıyıq, çünki maliyyə imkanları məhduddur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri