19 
Avq
2019
16:53
29
349
4720
Virtual karabakh

Quba və Şabranda meşə yanğını artıb - YENİLƏNİB

19 Avq, 2019
16:53
4720

Quba və Şabranda meşə yanğını artıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhər saatlarından Şabran rayonunda dağlıq ərazidə başlayan yanğın Quba rayonu, Zərqova inzibati ərazi dairəsində yerləşən dağlıq və meşəlik zonaya qədər genişlənib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerində Raron İcra Hakimiyyətinin, Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yerli sakinlər də var.

Zərqova ərazisindəki yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının səbəbləri araşdırılır.

11:16

Şabran və Quba rayonlarının ərazisində meşə zolağında güclü yanğın başlayıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hazırda Şabranın Aygünlü kəndi və Qubanın Zərqova kəndlərində meşəlik ərazidə yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin regional bölməsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvə cəlb edilib.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri