24 
Apr
2013
15:40
4
1
1290
Virtual karabakh

Hacıbala Abutalıbovdan “molla qadağası”

24 Apr, 2013
15:40
1290

Hacıbala Abutalıbovdan “molla qadağası”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Din xadimi bu addımın çox düşünülmüş olduğunu hesab edir.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Şəhidlər Xiyabanında mollalara yasin oxumağa qadağa qoyub. Bundan sonra Xiyabana şəhidini, ölüsünü yad etməyə gedənlər mərhumların ruhuna fatihə oxudub, salavat çevirmək üçün molla tapa bilməyəcəklər. Belə bir niyyəti olanlar məcbur olub özləri ilə Şəhidlər Xiyabanına molla gətirməlidirlər. Bakı meriyası səviyyəsində Şəhidlər Xiyabanında qoyulan bu qadağaya şəhid ailələri narazılıq etsələr də, göstərişə çox yüksək səviyyədə riayət olunur.

Modern.az saytı məsələyə din xadimindən münasibət öyrənib.

İslam Universitetinin dekanı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Hacı Fuad Nurullayev dünyanın heç bir yerində və şəriətdə qəbir üstə mollanın Qurandan hansısa surəni oxuması adətinin olmadığını deyir. Onun sözlərinə görə, bizdə bu, bir el adətinə çevrilib:

“Camaat belə şeylərə çox həssasdır. Mütləq qəbir üstə Qurandan hansısa surə oxutdurur. Əslində qəbir üstündə Qurandan surə oxutdurmaq vacib deyil. Bir adam qəbir üstə ziyarət edib, fatihə oxuyub, salavat çevirə bilər. Bizdə insanlar dini cəhətdən az maarifləndiyi və bir çoxları Quran oxuya, hətta salavat bilmədiyi üçün hesab edirlər ki, qəbir üstə gedən zaman mütləq Quran oxutmaq lazımdır. Amma dinimizdə buna vacibat yoxdur. Ruhaninin, mollanın qəbirstanlıqda nə işi var? Çox vaxt bu vasitə ilə bəziləri asan pul qazanmaq istəyirlər. Bir salavat öyrənirlər, gedib qəbir üstə oxuyub 10-20 manat qazanırlar”.

Şəhidlər Xiyabanındakı bu qadağaya da münasibət bildirən Hacı Fuad Nurullayev bu addımın düşünülmüş addım olduğunu bildirdi:

“Belə bir qərarı verərkən düşünüblər ki, həmin ərazi Milli Məclisin ətrafıdır, mərkəzi yerdir. Bir neçə insanın -mollanın ora yığışması hər halda xoşagəlməz halların baş verməsinə səbəb ola bilər. Ora yığışanlar şəhidləri yad edənlərdən pul istəyə bilərlər və buna oxşar hallar da baş verə bilər. Bu isə şəhidlərə hörmətsizlik olduğundan belə bir qərar veriblər”.

www.modern.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri