28 
Mar
2024
15:44
13
112
3365
yuxarı
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar, 2024
15:44
3365
13
112
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri yayılıb.
Bununla bağlı videonu sportinfo.az yayıb.
Belə ki, martın 17-də U-13 liqası çərçivəsində keçirilən “Turan Tovuz” FK - “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib.
Yayılan görüntülərdən aydın olur ki, E.Əliyev hakimin hansısa qərarından narazı qalıb və sürətlə meydana şığıyıb. O, əlindəki əşya ilə hakimə zərbə endirib.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin dünənki iclasında Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb.
Bu hərəkətə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri”yə 0:3 hesablı texniki məğlubiyyət də verilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək