May
2024
23:08
108
9
3182
Virtual karabakh

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı - FOTO/VİDEO

1 May, 2024
23:08
3182

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya B Seriyasının 36-cı turu matçında səfərdə “Bari” ilə (1:1) xalları bölüşən “Parma” növbəti mövsüm A seriyasında iştirakını vaxtından əvvəl təmin edib.

Artıq klubun turnir cədvəlində ikincidən aşağı olmayan pillədə qərarlaşacağı qətiləşib.

Hazırda klub 74 xalla divizionda birinci yerdədir. Komandanı sona iki tur qalmış üçüncü yerdən yeddi xal ayırır. Mövsümün sonunda iki ən yaxşı komanda avtomatik olaraq A Seriyasına yüksəlir.

Qeyd edək ki, “Parma” 2020/2021 mövsümündən sonra ilk dəfə A Seriyasında çıxış edəcək. Onun heyətində vaxtilə Buffon, Krespo, Zola, Dino Baccio, Türam, Veron və Kannavaro kimi ulduzlar yer alıb.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri