May
2024
00:08
138
12
2041
Virtual karabakh

Kral Kuboku: Ronaldunun dublu “Ən-Nəsr”i finala çıxardı - VİDEO

2 May, 2024
00:08
2041

Kral Kuboku: Ronaldunun dublu “Ən-Nəsr”i finala çıxardı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı Kral Kubokunun ikinci yarımfinalında “Ən-Nəsr” “Əl-Halic”lə üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, Ər-Riyadda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu 17-ci dəqiqədə “Ən-Nəsr”in ulduzu Kriştianu Ronaldu vurub. 37-ci dəqiqədə onun komanda yoldaşı Sadio Mane penaltidən fərqlənərək hesabı artırıb. 57-ci dəqiqədə isə Ronaldu dubl edib.

Oyunun sonlarına yaxın (82) “Əl-Halic” vurulan qollardan birinin əvəzini çıxsa da, bu, nəticəyə təsir etməyib - 3:1.

Beləliklə də, “Ən-Nəsr” finalda ötən gün “Əl-İttihad”ı mübarizədən kənarlaşdıran “Əl-Hilal”la yarışacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri