24 
Fev
2020
11:49
46
117
2767
Virtual karabakh

İranda yenidən zəlzələ olub

24 Fev, 2020
11:49
2767

İranda yenidən zəlzələ olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda yenidən zəlzələ baş verib.

“Haber Global”ın Tehran Universiteti Seysmoloji Mərkəzinə əsasən yaydığı məlumata görə, zəlzələ yerli vaxtla 04:03-də meydana gəlib.

4,9 bal gücündə baş verən zəlzələ İranın cənubunda Kirman əyalətinin Raver rayonunda qeyd edilib.

Təkanın episentri 10 kilometr dərinlikdə olub.

Qeyd edək ki, fevralın 23-də İranın Qərbi Azərbaycan əyalətinin Qotur rayonunda 5,7 bal və Xoy şəhərinin Zərdab bölgəsində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri