30 
Apr
2024
11:12
164
25
1701
Virtual karabakh

Təl-Əvivdə güclü iğtişaşlar baş qaldırdı: İsrailli əsirlərin yaxınları paytaxtı “yandırdılar” - VİDEO

30 Apr, 2024
11:12
1701

Təl-Əvivdə güclü iğtişaşlar baş qaldırdı: İsrailli əsirlərin yaxınları paytaxtı “yandırdılar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Baş naziri Benyamin Netanyahu və hökumətinə etiraz edən Qəzza zolağındakı israilli əsirlərin yaxınları paytaxt Təl-Əvivdə Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Baş verənlər İsrailin dövlət televiziyası KAN-da yayımlanıb.

Qəzza zolağındakı israilli əsirlərin yaxınları, onların tərəfdarları və baş nazir Benyamin Netanyahu hökumətinin əleyhdarları olan minlərlə insan Təl-Əvivdə Müdafiə Nazirliyinin qarşısına toplaşıb. Etirazçılar hökumətdən atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmanın əldə olunmasını tələb ediblər.

“Rifah gözləyə bilər, əsirlər gözləyə bilməz”, - deyə etirazçılar yazılı pankart qaldırıblar. Nümayişçilər Müdafiə Nazirliyinin qarşısında ocaq qalayıblar.

İsrail bayraqları ilə birlikdə üzərində “İndi razılaşma” və “Onlara (əsirlərə) xəyanət etdilər” pankartları daşıyan nümayişçilər Qəzzada saxlanılan israilli əsirlərlə bağlı indiyə qədər razılaşmaya nail olmayan Təl-Əviv rəhbərliyinə etirazlarını ifadə ediblər.

Təl-Əvivin şimalına doğru yürüş etmək istəyən nümayişçilər ilə yolu bağlayan polis arasında insident yaşanıb. İsrail polisi nümayişlərə süvari birlikləri və TOMA-larla müdaxilə edib və ən azı üç nəfər saxlanılıb.

Nümayişçilər Netanyahunun hakim “Likud” partiyasının qərargahına doğru yürüş edib. Bəzi nümayişçilər partiya binasının üzərinə “Bibi (Netanyahu) qatildir” və “Bibi cinayətkardır” sözlərini yazıblar.

Qeyd edək ki, Benyamin Netanyahu İsrail və beynəlxalq ictimaiyyət tərəfindən siyasi səbəblərə görə HƏMAS-la əsir mübadiləsi üzrə sazişi imzalamamaqda ittiham olunur.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri