May
2024
07:00
98
9
6494
Virtual karabakh

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

2 May, 2024
07:00
6494

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın BMW şirkəti daxiliyanma mühərrikli avtomobillərinin adından “i” hərfini çıxarmaq qərarına gəlib.

Bu barədə brendin baş vitse-prezidenti Bernd Kerber “BMW Blog”a danışıb.

Müvafiq qərar qarışıqlığın qarşısını almaq məqəsdilə qəbul edilib. Məsələ burasındadır ki, BMW əvvəllər öz elektrik avtomobilləri xəttini eyni şəkildə adlandırırdı. Beləliklə, “i” hərfi markanın həm benzin, həm də elektriklə işləyən avtomobillərini ifadə edirdi. Nəticədə şirkət dizel mühərrikli avtomobillər üçün “d” postfiksini, hibridlər üçün “e” hərfi və elektromobillər üçün “I” hərfini saxlamaq qərarına gəlib.

70-ci illərin sonlarında BMW benzinli avtomobillərin adında “i” hərfi peyda olub. Bu mühərrikə yanacağı ötürən injektor sisteminin mövcudluğunu göstərirdi. Şirkət qeyd edib ki, indi bu ad heç bir məna kəsb etmir, çünki karbüratörlü avtomobillər artıq istehsal olunmur.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri