May
2024
11:52
92
19
3829
Virtual karabakh

Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO

2 May, 2024
11:52
3829

Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli iş adamı, teleaparıcı və “Hall Siti” klubunun sahibi Acun İlıcalı Sloveniya Liqası komandalarından olan “NK Maribor”u alıb.

Məlumata görə, imzalanma və digər prosedurlardan sonra bununla bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İlıcalı bu məsələ ilə bağlı açıqlama verib.

“Əsasən avrokuboklarda iştirak edə biləcək bir komandaya sahib olmaq istəyirik. Təbii ki, bu asan deyil, amma Sloveniyada güclü komandamız olarsa, Avropada mübarizə apara bilərik. Bu böyük bir üstünlük olacaq. Diqqətimizi Sloveniyaya yönəltmişik, lakin heç nəyə zəmanət verə bilmərəm”, - deyə o bildirib.

Xatırladaq ki, “Maribor” UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Fənərbağça” ilə qarşılaşıb və səfərdəki ilk matçda 3:1, evdəki ikinci matçda isə 3:0 hesabı ilə məğlub olaraq mübarizədən kənarlaşıb.

Mənbə: Sondakika.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri